...

Tayvanda “Danas” qasırğasının kənd təsərrüfatına vurduğu zərər 85 milyon dolları keçib

Dünya xəbərləri Materials 13 İyul 2025 08:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftənin əvvəlində Tayvanı vuran “Danas” qasırğası adanın kənd təsərrüfatına ciddi ziyan vurub.

Trend xəbər verir ki, Tayvanın Kənd Təsərrüfatı İdarəsinin açıqlamasına əsasən, fırtına nəticəsində ümumi zərərin həcmi 2,5 milyard Tayvan dolları (təxminən 85,5 milyon ABŞ dolları) təşkil edib.

Məlumata görə, məhsul itkisi 1,76 milyard Tayvan dolları (60 milyon ABŞ dolları), şəxsi təsərrüfatlara dəyən ziyan isə 400 milyon Tayvan dollarını (13,6 milyon ABŞ dolları) ötüb.

Zədələnmiş kənd təsərrüfatı torpaqları ümumilikdə 18,2 min hektar sahəni əhatə edir. Ən çox ziyan banan, pomelo, portağal və bambuk plantasiyalarına dəyib.

Qeyd edək ki, “Danas” qasırğası iyulun 6-dan 7-nə keçən gecə Tayvanın cənub-qərb sahilinə çataraq güclü yağış və 50 m/s-ə çatan küləklərlə müşayiət olunub. Təbii fəlakət nəticəsində 2 nəfər həlak olub, 334 nəfər isə xəsarət alıb. Ölkədə 388 mindən çox ev işıqsız qalıb.

Xəbər lenti

Xəbər lenti