Bakı. Trend:
Bu ilin birinci yarısında Azərbaycanda 13,66 milyon ton əmtəəlik xam neft (qaz kondensatı daxil olmaqla) istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 760 min ton, yaxud da 5,3% azalıb. Keçən ilin yanvar-iyun aylarında ölkədə 14,42 milyon ton əmtəəlik xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunmuşdu.
Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8% azalıb. Əmtəəlik təbii qaz hasilatı 19,3 milyard kub metr təşkil edib. Əmtəəlik qaz hasilatı 1,1% artıb.