...

Maqnus Karlsen "ChatGPT"ni məğlub etdi

İdman Materials 13 İyul 2025 01:32 (UTC +04:00)
Maqnus Karlsen "ChatGPT"ni məğlub etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveçli qrossmeyster Maqnus Karlsen süni intellekt əsasında işləyən "ChatGPT" ilə şahmat oyunu oynayıb və onu heç bir fiqur itirmədən məğlub edib.

Trend xəbər verir ki, bu barədə şahmatçı "X" sosial şəbəkəsində paylaşım edib.

Oyundan sonra Karlsen "ChatGPT"dən onun oyun səviyyəsini qiymətləndirməsini istəyib. Süni intellekt şahmatçının taktiki qərarlarını yüksək dəyərləndirsə də, onun reytinqini FIDE və ya USCF sisteminə görə 1800–2000 arası təxmin edib. Halbuki Karlsenin real FIDE reytinqi 2839-dur və bu, onu dünyanın ən güclü şahmatçılarından biri edir.

Bu qiymətləndirmə şahmat ictimaiyyətində istehza ilə qarşılanıb. İstifadəçilər zarafatla bildiriblər ki, Karlsen üçün 1800 USCF reytinqi də "pis nəticə deyil". Sosial mediada bu epizod süni intellektin şahmat sahəsində hələ də təkmilləşməyə ehtiyacı olduğunu göstərən maraqlı nümunə kimi qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti