Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında magistral qaz kəmərləri ilə 20,260 milyard kub-metr qaz nəql edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstəricidə 2024-cü ilin yanvar-iyun aylarına nisbətən 1,4 faiz azalma müşahidə olunub.
Qazın nəqlinin 55,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 11,236 milyard kub-metr qaz ötürülüb. Bu kəmərlə ötürülmüş qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 183 milyon kub-metr və ya 1,6% azdır. Belə ki, 2024-cü ilin eyni dövründə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 11,419 milyard kub-metr qaz ötürülmüşdü.