...

Macarıstan Aİ-nin İsrailə qarşı sanksiyalarını dəstəkləməyəcək

Dünya xəbərləri Materials 13 İyul 2025 03:39 (UTC +04:00)
Macarıstan Aİ-nin İsrailə qarşı sanksiyalarını dəstəkləməyəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatlarla əlaqədar Avropa İttifaqının sanksiya tətbiq etmək niyyətini dəstəkləməyəcəyini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə Siyarto israilli həmkarı Qideon Saar ilə telefon danışığından sonra bəyan edib.

Nazir bildirib ki, Macarıstan İsraillə HƏMAS arasında atəşkəsin əldə olunmasına və girovların, o cümlədən Macarıstan vətəndaşının azad edilməsinə ümid edir.

Siyartonun sözlərinə görə, mövcud vəziyyətdə dialoqun aparılması daha da vacibdir. O əlavə edib ki, iyulun 15-də Brüsseldə keçiriləcək Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə Aİ–İsrail Assosiasiya Şurasının fəaliyyətinin canlandırılması təşəbbüsü ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti