...

İlin birinci yarısında mis konsentratı istehsalı 12 dəfəyə yaxın artıb

İqtisadiyyat Materials 12 İyul 2025 14:14 (UTC +04:00)
İlin birinci yarısında mis konsentratı istehsalı 12 dəfəyə yaxın artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 1 189 ton mis konsentratı istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, mis konsentratı istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1 088 ton və ya 11,8 dəfə artıb. Ötən ilin birinci yarısında ölkədə 100,8 ton mis konsentratı istehsal edilmişdi.

Qeyd edək ki, cari ilin iyul ayının birinə ölkədə hazır mis konsentratı ehtiyatının miqdarı 156,5 ton olub.

Xatırladaq ki, ötən il ərzində Azərbaycanda 378,8 ton mis konsentratı istehsal edilib. Bu, əvvəlki illə müqayisədə 1 743 ton və ya 5,6 dəfə azdır. 2023-cü ildə istehsal olunan mis konsentratının miqdarı 2 122 ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti