BAkı. Trend:
İyulun 14-dən etibarən Suriya ilə Türkiyə arasında fəaliyyət göstərən bütün sərhəd keçid məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək.
Trend xəbər verir ki, bu barədə Suriyanın Dəniz və Quru Limanları Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, qərar suriyalıların vətənə qayıdışını asanlaşdırmaq və pik saatlarda yaranan yüklənməni azaltmaq məqsədilə verilib.