Bakı. Trend:
İngiltərənin "Nyukasl" klubu fransalı hücumçu Huqo Ekitikenin transferində maraqlıdır.
Trend-in məlumatına görə, Premyer Liqa təmsilçisi artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq marağını ifadə edib və hazırda Ekitikenin çıxış etdiyi Frankfurt "Ayntraxt"ı ilə razılıq əldə etməyə çalışır.
23 yaşlı forvardın müqaviləsində təxminən 100 milyon avro məbləğində təzminat maddəsi mövcuddur. Məlumata görə, "Nyukasl" bu transferi reallaşdırmaq üçün ehtimal ki, həmin məbləğin tamını ödəməli olacaq.
Qeyd edək ki, Ekitike ötən mövsüm bütün turnirlərdə 22 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.