...

“Qəbələ”nin yeni transferi bəlli olub

İdman Materials 12 İyul 2025 15:30 (UTC +04:00)
“Qəbələ”nin yeni transferi bəlli olub

Bakı. Trend:

2025-2026-cı illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Trend xəbər verir ki. bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Adriel Ba Loua “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Onun son klubu Fransa təmsilçisi “Kan” olub. Ba Loua bunadək ASEC (Fil Dişi Sahili), “Lill” (Fransa), “Veyle” (Danimarka), “Karvina”, “Viktoriya” (hər ikisi Çexiya) və “Lex”də (Polşa) forma geyinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti