...

Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib

Hadisə Materials 12 İyul 2025 10:11 (UTC +04:00)
Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 11-də qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 6 alışdırıcı, 7 tüfəng, 5 patron darağı və 923 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti