...

Mehdili kəndinin 85 faizdən çox ərazisi minalardan təmizlənib

Gündəm Materials 12 İyul 2025 11:13 (UTC +04:00)
Mehdili kəndinin 85 faizdən çox ərazisi minalardan təmizlənib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Cəbrayıl. Trend:

Cəbrayıl rayonunun Mehdili kəndində bu günə kimi ərazinin 85,21 faiz olmaqla 58 min 379 kvadratmetri təmizlənib və 1077 ədəd mina aşkarlanıb.

Bunu Trend-ın bölgə müxbirinə ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev deyib.

O qeyd edib ki, ərazidə tapılan minalar partlayış qrupu tərəfindən zərərsizləşdirilib.

"Ərazidə aşkarlanan minaların 922 ədədi piyada əleyhinə minalardır və Ermənistan istehsalıdır. 155 ədəd isə tank əleyhinə olan minalardır ki, bunlar Rusiya istehsalıdır", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti