...

İlin birinci yarısında Azərbaycanda 2 min tona yaxın gümüş istehsal edilib

İqtisadiyyat Materials 12 İyul 2025 18:00 (UTC +04:00)
İlin birinci yarısında Azərbaycanda 2 min tona yaxın gümüş istehsal edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci yarısında Azərbaycanda 1 941,4 kiloqram gümüş istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, gümüş istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 221,4 kiloqram və ya 12,9% artıb. Ötən ilin yanvar-iyun aylarında Azərbaycanda 1 720 kiloqram gümüş istehsal edilmişdi.

Qeyd edək ki, cari ilin iyul ayının birinə ölkədə hazır gümüş ehtiyatının miqdarı 584,6 kiloqram olub.

Xatırladaq ki, ötən il Azərbaycanda 3 min 184 ton miqdarında gümüş istehsal edilib. Bu, illik müqayisədə 521 kiloqram, yaxud da 14% azdır. 2023-cü ildə Azərbaycanda istehsal olunan gümüşün miqdarı 3 min 705 kiloqram olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti