...

Van Qal xərçəngə qalib gəlib

İdman Materials 12 İyul 2025 11:44 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Barselona”, “Mançester Yunayted” futbol klublarının və Niderland milli komandasının keçmiş baş məşqçisi Lui Van Qal xərçəngə qalib gəlib.

Trend xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

2022-ci ildə prostat xərçəngi diaqnozu qoyulmuş futbol mütəxəssisi müalicənin uğurlu olduğunu diqqətə çatdırıb.

“Daha məni xərçəng narahat etmir. İki il ərzində mən bir neçə dəfə əməliyyat olunmuşam. Həmin vaxt vəziyyət acınacaqlı idi. Ayaq yoluna normal gedə bilmirdim, bezlə bağlı problemlər var idi, hər şey dəhşətli idi. Amma sonda hər şey qaydasına düşdü...Mən hər bir neçə aydan bir tibbi müayinədən keçirəm və hələ ki hər şey yaxşı gedir”, -deyə Van Qal bildirib.

73 yaşlı baş məşqçi əmin edir ki, xəstəliyinə rəğmən son iki ildə onu müxtəlif klublara dəvət ediblər.

“Amma mən onlara məşqçilik etməyə hazırlaşmıram, çünki hər gün işləmək istəmirəm. Mən yalnız milli komandalar üçün, məsələn İngiltərə və Almaniya üçün qayıda bilərdim”, -deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti