...

Azad edilmiş ərazilərdə 2 hotelin inşası davam edir

Turizm Materials 12 İyul 2025 09:50 (UTC +04:00)
Azad edilmiş ərazilərdə 2 hotelin inşası davam edir
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda ölkə üzrə bir sıra regionlarda turizm potensialının daha səmərəli formada istifadəsi və turistlər üçün yerləşmə şəraitinin yaxşılaşdırılması məqsədilə iri hotel və mehmanxana komplekslərinin tikintisi və istifadəyə verilməsi həyata keçirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, Lənkəranda "Alove", Zəngilanda “Beşdəli Hotel”, Ağdamda “Hilton” hotellərinin inşası davam edir. Qusarda "Lake Side" hoteli isə tamamlanma mərhələsindədir.

Həmçinin 2025-ci ildə Masallıda "Park Masallı Resort”, Astarada “Sım Park” kompleksi, Qubada “Cardinal Hotel” hotelləri qəbul və xidmətə açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti