...

Azərbaycanda 16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarılıb

Hadisə Materials 11 İyul 2025 13:53 (UTC +04:00)
Azərbaycanda 16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

16 milyon manata yaxın borcu olan şirkəti yarım milyonluq əmlakı satışa çıxarılıb.

Trend-in məlumatına görə, bu tələblə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib.

Qurum Cavabdeh MMC-yə qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehin dövlət büdcəsinə olan 15933693,69 manat borc məbləğindən büdcəyə 510 800 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 510 800 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərarın qəbul edilməsini xahiş edib.

Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia təmin edilib. Cavabdehin dövlət büdcəsinə olan borcunun bir qisminin ödənilməsinin təmin edilməsi məqsədi ilə 510 800 manat məbləğində siyahıya alınmış əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasına qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti