Bakı. Trend:
Bu ilin birinci rübündə Almaniyadan Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 4,361 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 1,652 milyon ABŞ dolları və ya 61% artıb. 2024-cü ilin ilk rübündə Almaniyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 2,709 milyon ABŞ dollarına bərabər olub.
Hesabat dövründə Azərbaycandan Almaniya iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 11,901 milyon ABŞ dolları olub ki, bu da, illik müqayisədə 4,619 milyon ABŞ dolları, yaxud da 63,4% çoxdur. Ötən ilin ilk rübündə bu məbləğ 7,282 milyon ABŞ dolları idi.
Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Almaniyadan yatırılan investisiyaların payı 0,3%, Azərbaycandan bu ölkəyə investisiyaların payı 3,8% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.