Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 295,7 milyon manat dəyərində metal filizləri hasil edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 174,9 milyon manat və ya 2,4 dəfə artıb. Belə ki, 2024-cü ilin birinci yarısında ölkədə 120,8 milyon manat dəyərində metal filizləri hasil edilmişdi.
Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8% azalıb.