...

Səyyahların Laçına səfəri başa çatıb (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 11 İyul 2025 17:43 (UTC +04:00)
Səyyahların Laçına səfəri başa çatıb (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın.Trend:

Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Səyyahların bu gün Laçın şəhərinə səfəri başa çatıb.

Trend-ın bölgə müxbiri xəbər verir ki, Laçına səfər edən səyyahlar əvvəlcə "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonu ilə tanış olublar.

On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Beynəlxalq səyyahların səfəri işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

Səyyahlar Laçın şəhərində yerləşən “Gilabi Ceramics” mərkəzini ziyarət ediblər. Səyyahlar burada yerli sakinlər tərəfindən hazırlanan, gildən əl işləri ilə tanış olublar.

xxx

16:06

Səyyahların Laçına səfəri başlayıb.

Trend-in yerli müxbiri xəbər verir ki, səyyahlarilk olaraq "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilionu ilə tanış olublar.

Burada onlara məlumat verilib. Studiyalar ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti