...

Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər - İCMAL

İqtisadiyyat Materials 12 İyul 2025 09:44 (UTC +04:00)
Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər - İCMAL
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən həftə açıqlanan məlumata görə, bu il iyulun 1-ə qədər nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün portal üzərində ümumilikdə 23 154 müraciət daxil olub. Bu müraciətlərdən 12 206-ı üzrə 65.3 milyon manat vəsait vətəndaşlara ödənilib.

Trend xəbər verir ki, bununla yanaşı cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsindən ümumilikdə 152,395 milyon manat məbləğində vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb. Altı ayda istehlakçılara 94 milyon manata yaxın ƏDV qaytarılıb. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8,704 milyard manata yaxın vergi daxil olub, proqnoza 105,7% əməl edilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 115,8 milyon manata yaxın vergi daxil olub. Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13% artaraq 21 min 282 olub.

Cari ilin iyun ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyun ayına nisbətən 106 faiz, o cümlədən, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107 faiz, qeyri-qida məhsulları üzrə 102,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,2 faiz təşkil edib. Altı ayda əsas kapitala 8,073 milyard manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilib.

Bu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 29,642 milyard manatlıq, o cümlədən 16, 262 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13,380 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Bu ilin beş ayında orta aylıq nominal əməkhaqqı 9,1 % artaraq 1 095,0 manat təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 42,748 milyard manat və ya hər nəfərə orta hesabla 4 177,2 manat olub.

Cari ilin iyulun 1-nə olan məlumata görə, müvəkkil banklar tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə sahibkarlara güzəştli şərtlərlə 587,9 milyon manat məbləğində kreditə zəmanət verilib ki, bunun da 38,2 milyon manatı cari ilin yanvar-iyun aylarının payına düşür.

Bu ilin birinci yarımilində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (315 mln. manat) çox olmaqla 3,548 milyard manat vəsait yönəldilib.

Bu ilin may ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödəniş kartları) emissiya etdiyi “UnionPay” kartları vasitəsilə əməliyyatların sayı 200 ədəd, əməliyyatların həcmi isə 30 min manat olub.

Banklar bir ayda 134 milyon manat istehlak krediti, 8 milyon manatdan çox ipoteka krediti verib.

Azərbaycan Mərkəzi Bankı (AMB) avronun bahalaşmasına münasibət bildirib. Qeyd edilib ki, bu şəraitdə manatın nominal effektiv məzənnəsinin qısamüddətli dövrdə ucuzlaşması avrozonadan idxal olunan mal və xidmətlərin qiymətlərinə məhdud artırıcı təsir göstərə bilər. AMB “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin kibertəhlükəsizlik tələblərini pozduğunu aşkar edib, ASC-yə icrası məcburi göstəriş verib.

Azərbaycan və Qazaxıstan qiymətli kağızların qeydiyyatını müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti