...

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9,3% artıb

İqtisadiyyat Materials 9 İyul 2025 10:18 (UTC +04:00)
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 9,3% artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar – iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8,704 milyard manata yaxın vergi daxil olub, proqnoza 105,7% əməl edilib.

Trend bu barədə Dövlət Vergi Xidmətinən məlumat əldə edib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 421,6 milyon manat və ya 5,1% çox olub.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 6,422 milyard manat təşkil edib, proqnoz 103,6% icra olunub. Əvvəlki ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 546,8 milyon manat və ya 9,3% artıb.

Ödənilən vergilərin 73,8%-i qeyri-neft-qaz sektorunun, 26,2%-i isə neft-qaz sektorunun payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti