Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında əsas kapitala 8 073,5 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz az investisiya yönəldilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 13,5 faiz artıb. İstifadə olunmuş investisiyanın 4 067,9 milyon manatı və ya 50,4 faizi məhsul istehsalı sahələrinə, 2 672,0 milyon manatı (33,1 faizi) xidmət sahələrinə, 1 333,6 milyon manatı (16,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş investisiyaların 6 070,0 milyon manatını və ya 75,2 faizini daxili investisiyalar təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların 6 314,3 milyon manatı və ya 78,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.