...

Banklar bir ayda 8 milyon manatdan çox ipoteka krediti verib

İqtisadiyyat Materials 9 İyul 2025 17:54 (UTC +04:00)
Banklar bir ayda 8 milyon manatdan çox ipoteka krediti verib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin may ayının sonuna Azərbaycan bankları tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 4,405 milyard manata çatıb.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, bu göstərici aprel ayının sonu ilə müqayisədə 8,4 milyon manat və ya 0,2% çoxdur.

Belə ki, bu ilin aprel ayının sonunda Azərbaycan bankları tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 4,396 milyard manat idi.

Qeyd edək ki, may ayının sonunda bankların kredit portfeli 28,386 milyard manat olub. Kredit portfelinin 15,1 milyard manatı biznes kreditlərinin, 8,882 milyard manatı istehlak kreditlərinin və 4,405 milyard manatı ipoteka kreditlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti