...

Naxçıvanda vergi daxilolmaları 19%-dən çox artıb

İqtisadiyyat Materials 9 İyul 2025 10:44 (UTC +04:00)
Naxçıvanda vergi daxilolmaları 19%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 115,8 milyon manata yaxın vergi daxil olub.

Trend Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 19,2% və ya 18,6 milyon manat çoxdur.

Bu dövrdə qeyri-dövlət sektorundan daxilolmalar 77,9 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 17,6 milyon manat və ya 29,2% artıb.

Ödənilən vergilərin 67,3%-i qeyri-dövlət sektorunun, 32,7%-i isə dövlət sektorunun payına düşüb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti