...

"Napoli" Osimhen üçün "Qalatasaray"ın təklifini qəbul etmədi

İdman Materials 12 İyul 2025 06:33 (UTC +04:00)
"Napoli" Osimhen üçün "Qalatasaray"ın təklifini qəbul etmədi

Bakı. Trend:

"Napoli" Viktor Osimheni 70 milyon avroya satmayıb.

Trend xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, Neapol klubu bu gün "Qalatasaray" tərəfindən göndərilən yeni rəsmi təklifi rədd edib. Türkiyə klubu 70 milyon avro təklif edib və ödənişə zəmanət üçün bank sənədlərini də təqdim edib.

Lakin "Napoli"nin prezidenti Aureljo De Laurentiis hücumçu üçün 75 milyon avro istəyir və İstanbul klubunun şərtlərini qəbul etməyib.

Qeyd edək ki, Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edib və Türkiyə çempionatında 30 oyunda 26 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xəbər lenti

Xəbər lenti