...

"Tesla" Hindistanda ilk salonunu açacaq

Dünya xəbərləri Materials 12 İyul 2025 03:39 (UTC +04:00)
"Tesla" Hindistanda ilk salonunu açacaq

Bakı. Trend:

"Tesla" Hindistanda sərgi salonu açacaq və elektrikli avtomobillərin satışına başlayacaq.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla xəbər yayıb.

Bildirilir ki, "Tesla"nın Hindistanda ilk sərgi salonu iyulun 15-də Mumbay şəhərində, ikinci salon isə ayın sonunda Nyu-Dehlidə fəaliyyətə başlayacaq. Artıq Çindəki zavoddan Hindistana arxa ötürücülü "Model Y" yolsuzluq avtomobillərindən ibarət ilk partiya çatdırılıb və onların satışına avqust ayında start veriləcək.

Qeyd edək ki, Hindistan dünyanın üçüncü ən böyük avtomobil bazarına sahibdir.

Bununla yanaşı, "Tesla"nın bu ilin ikinci rübündəki satışları ötən ilin eyni dövrü ilə müqayisədə 13.5 faiz azalaraq 384 122 avtomobil təşkil edib.

Xəbər lenti

Xəbər lenti