...

İbtidai sinif və musiqi fənləri üzrə apellyasiya müraciətlərinə start verildi

Cəmiyyət Materials 11 İyul 2025 12:18 (UTC +04:00)
İbtidai sinif və musiqi fənləri üzrə apellyasiya müraciətlərinə start verildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ibtidai sinif və musiqi fənləri üzrə test imtahanlarının apellyasiya müraciətlərinə qəbul başladı.

Trend xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu mərhələdə imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər.

"Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti