...

Pakistanda silahlı şəxslər avtobusda 9 sərnişini öldürüblər

Dünya xəbərləri Materials 11 İyul 2025 10:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Silahlı şəxslər Pakistanın Bəlucistan əyalətində avtobusda 9 sərnişini öldürüblər.

Trend xəbər verir ki, hadisə Bəlucistanın Zhob şəhəri yaxınlığında baş verib.

Cinayətkarlar iki avtobusu saxlayıb, 9 sərnişini qaçırıblar. Sərnişinlərin meyitləri dağlıq ərazidə aşkar edilib.

Təhlükəsizlik qüvvələrinin səylərinə baxmayaraq, silahlı şəxslər qaranlıqdan istifadə edərək qaça biliblər.

Bölgədə genişmiqyaslı axtarış əməliyyatı aparılır.

Ölkənin Baş naziri Şahbaz Şərif və daxili işlər naziri Möhsin Nəqvi hadisəni təsdiqləyib və qətli qətiyyətlə pisləyiblər.

Xəbər lenti

Xəbər lenti