Bakı. Trend:
İki il yarımlıq genişmiqyaslı transformasiya faəliyyətindən sonra bu il “SOCAR Karbamid” zavodu da "Digital Lighthouse" mükafatına namizədlər siyahısındadır.
Trend xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu - Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə deyib.
Nazirin qeyd edib ki, Azərbaycanın sənaye transformasiyası istiqamətində uğurları beynəlxalq miqyasda tanınır.
Bundan əvvəl “SOCAR Türkiyə”yə məxsus “Petkim” və “STAR” zavodları artıq Dünya İqtisadi Forumunun dünyada ən qabaqcıl rəqəmsallaşdırılmış sənaye sahələri üçün qəbul edilən nüfuzlu beynəlxalq mükafat olan “Digital Lighthouse” mükafatına layiq görülüb.