Bakı. Trend:
Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 2025-ci il iyun ayının 1-nə milli valyuta ekvivalentində 15063,0 milyon manat təşkil edib.
Trend xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-iyun ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb.
Bildirilib ki, əmanətlərin 67,3 faizi milli, 32,7 faizi xarici valyutada qoyulub, milli valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz, xarici valyutada olan əmanətlərin məbləği isə 3,8 faiz artıb.
İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 Avroya 1,95 (1,86) manata, 100 Türk lirəsinə 4,31 (4,55) manata, 100 Rus rubluna 2,16 (1,97) manata bərabər olub.