Bakı. Trend:
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Trend klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi portuqaliyalı futbolçu Rikardo Apolinarionu heyətinə qatıb.
Məlumata görə, 26 yaşlı yarımmüdafiəçi ilə iki illik (1+1) müqavilə imzalanıb. Rikardo son olaraq Portuqaliyanın “Uniao Santarem” klubunda çıxış edib.