...

İndoneziyada vulkan püskürüb

Dünya xəbərləri Materials 16 İyul 2025 15:34 (UTC +04:00)
İndoneziyada vulkan püskürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İndoneziyanın Sumatra adasında Marapi vulkanı püskürüb.

Trend xəbər verir ki, bu barədə "Antara" agentliyi müşahidə postuna istinadən məlumat yayıb.

Mütəxəssislərin verdiyi məlumata görə, vulkanik kül kraterin üzərindən 1 200 metr hündürlüyə, yəni dəniz səviyyəsindən 4091 metr yüksəkliyə qalxıb.

Bildirilir ki, kül şimal-şərq istiqamətində yayılır.

İndoneziya Respublikasının Vulkanologiya və Geoloji Fəlakətlərin Qarşısının Alınması Mərkəzi yerli sakinləri və turistləri ehtiyatlı olmağa, vulkanın krateri ətrafında 3 km-lik əraziyə yaxınlaşmamağa, eləcə də, tənəffüs yollarını vulkan tüstüsü və külündən qorumaq üçün maska və respiratorlardan istifadə etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti