Bakı. Trend:
"Atletiko Madrid" klubu braziliyalı futbolçu Tiaqo Almada ilə bağlı "Botafoqo" ilə razılığa gəlib.
Trend-in məlumatına görə, Almada tibbi müayinədən sonra müqavilə imzalayacaq.
Transfer üzrə mütəxəssis Fabritsio Romanonu bildirib ki, "Atletiko" futbolçunun transfer hüquqlarının bir hissəsini 40 milyon avroya əldə edəcək.
Qeyd edək ki, argentinalı yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında "Lion"da keçirib. O, Liqa 1-də 16 matçda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.