Bakı. Trend:
2025/2026 mövsümündən etibarən Misli Premyer Liqasında iştirak etmək hüququ qazanan "Karvan" növbəti transferini reallaşdırıb.
Klubdan Trend-ə verilən məlumata görə, Yevlax təmsilçisi İngiltərənin "Kristal Pelas" kollektivinin yetirməsi olan Kayl Spensi sıralarına cəlb edib.
Hücumameyilli yarımmüdafiəçi ilə birillik sözləşmə imzalanıb.
O, son olaraq Şimali İrlandiyanın “Koleraine” klubunda forma geyinib. 28 yaşlı futbolçu burada 134 oyun keçirib 17 qol vurub və 6 məhsuldar ötürmə verib.