...

Xaçmazda həyətində çətənə kolu yetişdirən şəxslər saxlanılıblar (VİDEO)

Cəmiyyət Materials 17 İyul 2025 10:50 (UTC +04:00)
Xaçmazda həyətində çətənə kolu yetişdirən şəxslər saxlanılıblar (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuşlar 56 yaşlı Eldar Şeydayev və 57 yaşlı Bayram Əkbərov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə bildirilib ki, həmin şəxslərin kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 9 kiloqram olan 62 ədəd çətənə kolu aşkar olunub.

Bildirilir ki, saxlanılan şəxslər narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti