...

Birinci yarımildə sənaye zonalarında 18 sahibkarlıq subyektinə rezidentlik statusu verilib

İqtisadiyyat Materials 17 İyul 2025 15:58 (UTC +04:00)
Birinci yarımildə sənaye zonalarında 18 sahibkarlıq subyektinə rezidentlik statusu verilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci yarısında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarında investisiya portfeli 307 milyon manatdan çox olan 18 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib.

Trend-ə bu barədə İZİA-dan məlumat verilib.

Bunlardan 3-ü Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 3-ü Sumqayıt Kimya Sənaye Parkının, 5-i Hacıqabul Sənaye Parkının, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

Eyni zamanda Ağdam, Hacıqabul və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında hər bir zona üzrə 1 olmaqla ümumilkdə 3 sahibkarlıq subyektinə isə qeyri-rezidentlik statusu verilib.

Qeydiyyatdan keçən investorlar tərəfindən sənaye zonalarında smart televizorlar, velosiped, elektrik mühərrikli avtobuslar, lift və eskalatorlar istehsalı layihələri həyata keçiriləcək, tekstil sahəsində klasterləşmə formalaşdırılacaq, günəş elektrik stansiyası qurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti