...

Azərbaycanın elektrik enerjisinin ixracından gəlirləri 12,5 milyon dollar azalıb

İqtisadiyyat Materials 17 İyul 2025 13:31 (UTC +04:00)
Azərbaycanın elektrik enerjisinin ixracından gəlirləri 12,5 milyon dollar azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 679,844 milyon kilovat saat elektrik enerjisi ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 38,557 milyon ABŞ dolları olub.

Elektrik enerjisinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 244,669 milyon kilovat saat və ya 26,5%, dəyər ifadəsi ilə 12,514 milyon ABŞ dolları, yaxud da 24,5% azalıb.

2024-cü ilin ilk yarısında Azərbaycandan xaricə 924,513 milyon kilovat saat həcmində, 51,071 milyon ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilmişdi.

Elektrik enerjisinin ixracı cari ilin ilk altı ayının ixracına nisbətən 0,4%-ini, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 3,2%-ini təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.

Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti