...

Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib

Dünya xəbərləri Materials 17 İyul 2025 18:26 (UTC +04:00)
Roma Papası Qəzzada kilsəyə edilən hücumu pisləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzzada kilsəyə olunan hücumu pisləyib.

Trend xəbər verir ki, pontifik hadisə ilə bağlı dərin kədərini ifadə edib, yaralıların sağalması və bütün kilsə icması üçün dua etdiyini bildirib.

Papa Leo Qəzzada dərhal atəşkəs çağırışı səsləndirib, bölgədə dialoq, barışıq və davamlı sülhün vacibliyini bir daha vurğulayıb.

İtaliyanın Baş naziri Ciorcia Meloni isə dinc əhaliyə qarşı həyata keçirilən hücumların qəbuledilməz olduğunu bildirib. O deyib ki, heç bir hərbi əməliyyat belə münasibətə haqq qazandıra bilməz.

Qeyd edək ki, Qəzzada katolik kilsəsinə hücum nəticəsində 2 nəfərin öldüyü, 3-ü ağır olmaqla 11-nin yaralandığı bildirilir. Ayağından yüngül yaralanan kilsə keşişi Qabriel Romanelli Qəzza şəhərindəki xəstəxanada müalicə olunub.

Xəbər lenti

Xəbər lenti