...

Bəzi ərazilərdə işıq olmayacaq

Cəmiyyət Materials 17 İyul 2025 06:00 (UTC +04:00)
Bəzi ərazilərdə işıq olmayacaq

Bakı. Trend:

Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək.

Bu səbəbdən saat 10:00-dan 13:00-dək Bakıxanov qəsəbəsində Leyla Məmmədbəyli, Nazim İsmayılov, Səmədbəy Mehmandarov, Yavər Əliyev küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti