...

Ukrayna hökuməti istefaya göndərilib

Dünya xəbərləri Materials 16 İyul 2025 16:39 (UTC +04:00)
Ukrayna hökuməti istefaya göndərilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Ali Radası səs çoxluğu ilə Denis Şmıqalın ölkənin baş naziri vəzifəsindən azad olunmasını təsdiqləyib.

Bu barədə Trend Ukrayna KİV-ə istinadən xəbər verir.

Ukrayna qanunvericiliyinə əsasən, baş nazirin istefası ilə hökumət tam tərkibdə istefa vermiş sayılır.

Şmıqalın vəzifədən azad olunmasına 261 deputat səs verib, əleyhinə səs verən olmayıb, 4 nəfər bitərəf qalıb, 55 nəfər isə səsvermədə iştirak etməyib.

Hökumətin istefası üçün ən azı 226 səs tələb olunurdu. Qeyd edək ki, Denis Şmıqal istefa ərizəsini bir gün əvvəl təqdim etmişdi. 16 iyul səhər saatlarında parlamentin dövlət quruculuğu məsələləri üzrə komitəsi istefanı dəstəkləmişdi.

İstefa vermiş nazirlər yeni hökumət formalaşanadək vəzifələrini icra etməyə davam edəcəklər. Yeni kabinetin 17 iyul cümə axşamı günü təyin olunacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti