Bakı. Trend:
Monqolustanın paytaxtı Ulan-Batorda “Böyük Dəbilqə” turniri keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmiz bu yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.
Onlar Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kiloqram) və 66 kiloqramda Elşən Əsədovdur.
İyulun 25-dən 27-dək davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) iştirak edəcək.
BCF Dünya Turunun bu mərhələsində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.