...

Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketi ilə bağlı razılığa gələ bilmədi

Dünya xəbərləri Materials 15 İyul 2025 19:50 (UTC +04:00)
Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiya paketi ilə bağlı razılığa gələ bilmədi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Avropa İttifaqı ölkələrinin nazirləri Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı 18-ci sanksiya paketini razılaşdıra bilməyiblər.

Oxu.Az-ın M1 telekanalına istinadla verdiyi məlumata görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Slovakiya Avropa Komissiyasının 2028-ci ilə qədər Rusiya nefti və qazından imtina planı fonunda enerji təminatı zəmanətləri tələb edir və bu təminatlar verilmədiyi üçün sanksiyaları dəstəkləmir.

Siyatro əlavə edib ki, Macarıstan da bu mövqeni dəstəkləyir. Eyni zamanda, o, əvvəlki 17 sanksiya paketinin nəticə vermədiyini, buna görə yeni sanksiyaların sərtləşdirilməsinin məntiqsiz olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Macarıstan öz maraqlarını qorumaq üçün təklif olunan paketdə ölkəyə zərər verə biləcək müddəaların qarşısını alıb və Aİ-nin enerji planına qarşı çıxmağa davam edəcək.

Xəbər lenti

Xəbər lenti