...

Avropa İttifaqı Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edə bilər

Dünya xəbərləri Materials 15 İyul 2025 16:37 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) rəsmiləri Gürcüstanla vizasız rejimin ləğvi məsələsinin müzakirəsinə Brüsseldə keçirilən Aİ Xarici İşlər Nazirləri Şurasının iclasında qayıdacaqlar.

Trend xəbər verir ki, bu barədə toplantı ərəfəsində Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas IPN-ə verdiyi açıqlamada danışıb.

Avropalı diplomat son dövrlərdə Aİ-nin Gürcüstanda “ciddi geriləmə” müşahidə etdiyini qeyd edib:

“Biz əlavə hansı addımlar ata biləcəyimizi götür-qoy edirik. Bütün variantlar, o cümlədən, vizasız rejimin ləğvi və Gürcüstan hökumətini öz siyasətini yenidən gözdən keçirməyə məcbur edə biləcək digər tədbirlər nəzərdən keçirilir”, - deyə Kaya Kallas bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti