...

15 iyul Türkiyə tarixində çox mühüm bir dönüş nöqtəsidir - Birol Akgün

Siyasət Materials 15 İyul 2025 11:28 (UTC +04:00)
15 iyul Türkiyə tarixində çox mühüm bir dönüş nöqtəsidir - Birol Akgün
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

FETÖ tamamilə məhv edilənədək mübarizəyə davam edəcəyik.

Trend xəbər verir ki, bunu 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.

Onun sözlərinə görə, 15 İyul - Demokratiya və Milli Birlik Günü Türkiyə tarixində çox mühüm bir dönüş nöqtəsidir.

Səfir qeyd edib ki, bu hücumun qarşısının alınmasında ən böyük pay dövlət və millət naminə canını fəda etməyə hazır olan Türkiyə xalqına məxsusdur:

"Zəfərin adı Türkiyədir. Can Azərbaycanın göstərdiyi güclü dəstəyi də xüsusi olaraq xatırlatmaq istəyirəm".

Birol Akgün əlavə edib ki, Türkiyə artıq 9 ildir FETÖ ilə mübarizə aparır:

"Bu terror təşkilatı tamamilə məhv edilənədək mübarizəmizi qətiyyətlə davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti