...

Avropada qızılcaya yoluxma rekord həddə çatıb

Dünya xəbərləri Materials 15 İyul 2025 17:38 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa və Mərkəzi Asiyada vaksinasiya səviyyəsinin aşağı olması ilə əlaqədar qızılcaya yoluxma halları rekord həddə çatıb.

Trend xəbər verir ki, bu barədə “Financial Times” Ümumdünya Səhiyyə Təşkilatına istinadən məluma yayıb.

“Avropada və Mərkəzi Asiyada qızılcaya tutulma hallarının sayı son 25 il ərzində ən yüksək həddə çataraq, 2023-2024-cü illər ərzində iki dəfə artıb”, - deyə məlumatda qeyd olunur.

Materialın müəllifləri bildirirlər ki, 2024-cü ildə regionun ölkələrində 149 min qızılcaya tutulma halı qeydə alınıb, halbuki bir il əvvəl yoluxma hallarının sayı 61 min nəfərə yaxın idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti