...

İran ŞƏT-ə birtərəfli sanksiyalarla əlaqədar araşdırma mərkəzinin yaradılmasını təklif edib

Dünya xəbərləri Materials 15 İyul 2025 14:23 (UTC +04:00)
İran ŞƏT-ə birtərəfli sanksiyalarla əlaqədar araşdırma mərkəzinin yaradılmasını təklif edib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Şanxay Əməkdaşlıq Təşkilatına birtərəfli sanksiyalarla qarşılaşmaq məqsədilə araşdırma mərkəzinin yaradılmasını təklif edir.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (15 iyun) Çində keçirilən Şanxay Əməkdaşlıq Təkşilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

Onun sözlərinə görə, qeyri-qanuni iqtisadi sanksiyalara qarşı mübarizə aparmaq, bank sistemləri və üzv ölkələr arasında ticarət dövriyyəsini qorumaq məqsədilə strategiyaların tənzimlənməsi bu çərçivədə həyata keçirilə bilər.

İran xarici işlər naziri bildirib ki, üzv ölkələrin suverenliyinin pozulması, təxribatçı hərəkətlər və hərbi təcavüzə reaksiya vermək məqsədilə araşdırma, sənədləşdirmə və koordinasiya üçün daimi mexanizm yaradıla bilər.

Araqçi qeyd edib ki, terrorizm, radikalizm, mütəşəkkil cinayətkarlıq və kiber hücumlar kimi təhdidlərin araşdırılması üçün üzv ölkələrin müdafiə və təhlükəsizlik qurumlarının iştirakı ilə ŞƏT Regional Təhlükəsizlik Assambleyasının təşkili təklif olunur.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının 9 üzvü (Çin, Hindistan, Rusiya, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və İran) və 3 müşahidəçi üzvü (Əfqanıstan, Belarus və Monqolustan) var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti