...

İlin birinci yarısında Azərbaycanda 300 min tona yaxın ət istehsal edilib

İqtisadiyyat Materials 15 İyul 2025 16:46 (UTC +04:00)
İlin birinci yarısında Azərbaycanda 300 min tona yaxın ət istehsal edilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda quş əti də daxil olmaqla, diri çəkidə 293,5 min ton ət istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ət istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 ton və ya 1,1% çoxdur. Ötən ilin ilk yarısında ölkədə quş əti də daxil olmaqla, diri çəkidə 290,3 min ton ət istehsal edilmişdi.

Bununla yanaşı, bu ilin birinci yarımilində ölkədə 1,137 milyon ton süd, 1,217 milyard ədəd yumurta, 13,4 min ton yun, 186,2 ton barama istehsal edilib. 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,4%, süd istehsalı 0,3% artıb, yun istehsalı 3%, barama istehsalı 22,2% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti