Bakı. Trend:
Çin Xalq Azadlıq Ordusu pilotsuz uçuş aparatları və yerüstü döyüş robotlarının iştirakı ilə genişmiqyaslı taktiki təlimlər keçirib.
Trend-in “China News Service”-ə istinadla verdiyi məlumata görə, iyulun 13-də ordunun iki bölməsi şərti düşmən mövqelərinə hücum əməliyyatlarını məşq edib.
Təlimlər zamanı kamikadze-dronlar və “döyüş canavarı” kimi tanınan robotlaşdırılmış döyüş sistemləri tətbiq olunub.
Əsas məqsəd döyüş şəraitində şəxsi heyət və pilotsuz texnikalar arasında koordinasiyanı təkmilləşdirmək olub. Təlimlərdə kəşfiyyat, atəş dəstəyi, müdafiə xəttinin yarılması və hücum əməliyyatları kimi əsas taktiki elementlərə diqqət yetirilib.
Bu manevrlər, Pekinin texnologiya əsaslı müasir ordu quruculuğu və gələcək döyüş modellərinə hazırlığı fonunda keçirilir.