Bakı. Trend:
Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas ABŞ Prezidenti Donald Trampın Rusiyanı 50 gün ərzində Ukrayna ilə bağlı sülh sazişi imzalamağa çağıran bəyanatına münasibət bildirib.
Trend-in məlumatına görə, Kallas bu barədə Brüsseldə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Prezident Trampın Rusiya ilə bağlı qəti mövqe tutması çox müsbətdir. Digər tərəfdən, 50 gün çox uzun müddətdir”, – deyə Aİ-nin xarici siyasət rəhbəri qeyd edib. Onun fikrincə, Moskvaya təzyiq artırılmalıdır ki, sülhə getmək məcburiyyətində qalsın.
Kallas, həmçinin, ABŞ-nin Ukraynaya dəstəyini davam etdirəcəyinə ümid etdiyini bildirib:
“Amerikalıların addımlar atması yaxşı haldır və mən ümid edirəm ki, onlar da avropalılar kimi hərbi yardım göstərəcəklər.”