Bakı. Trend:
Bu gün "Araz-Naxçıvan" komandası Türkiyənin "Konyaspor" klubu ilə yoxlama oyunu keçirib.
Trend-in məlumatına görə, Ərzurumda baş tutan qarşılaşma rəqib komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qırmızı-ağlar"ın heyətində yeganə qolu Ramon Maçado vurub.
Qeyd edək ki, Naxçıvan təmsilçisi növbəti yoxlama oyununu iyulun 17-də "Trabzonspor"a qarşı keçirəcək.