...

"Tianzhou-9" yük kosmik gəmisi Çin orbital stansiyası ilə uğurla birləşdi (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 15 İyul 2025 07:35 (UTC +04:00)
"Tianzhou-9" yük kosmik gəmisi Çin orbital stansiyası ilə uğurla birləşdi (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin "Tianzhou-9" adlı yük kosmik gəmisi ölkənin orbital kosmik stansiyasının əsas modulu ilə uğurla birləşib.

Trend-in məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər yayıb.

Kosmik gəmi Pekin vaxtı ilə saat 05:34-də, Çinin cənubundakı Haynan əyalətinin Vençan peyk buraxılış mərkəzindən CZ-7 daşıyıcı raketi ilə orbitə çıxarılıb. Bu, 2025-ci il ərzində həyata keçirilən üçüncü kosmik missiyadır.

“Tianzhou-9” stansiyaya qida, elmi avadanlıq və digər zəruri ləvazimatlar çatdırmaq üçün nəzərdə tutulub. Missiya, Çin kosmik proqramının davamlı inkişafının və ölkənin orbital stansiyada uzunmüddətli insan fəaliyyəti üçün hazırlıqlarının bir hissəsidir.

XXX

02:56

Çin, orbital kosmik stansiyasında yerləşən taikonavtlara qida, avadanlıq və digər zəruri ləvazimatları çatdırmaq məqsədilə “Tianzhou-9” yük kosmik gəmisini uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, buraxılış Çin Mərkəzi Televiziyası tərəfindən canlı təqdim olunub.

Kosmik gəmi Pekin vaxtı ilə saat 05:34-də, ölkənin cənubundakı Haynan əyalətinin şərq sahilində yerləşən Vençan peyk buraxılış mərkəzindən CZ-7 raketdaşıyıcısı vasitəsilə orbitə göndərilib.

Bu buraxılış Çin-in kosmik stansiyasının fasiləsiz təchizatını və oradakı elmi-tədqiqat missiyalarının davamlılığını təmin etmək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti